Nisbətən yüksək temperatur fonunda, avqustun 12-14-də yağış yağacaq, şimşək çaxa, dolu düşə və külək güclənə bilər
Nisbətən yüksək temperatur fonunda, avqustun 12-14-də yağış yağacaq, şimşək çaxa, dolu düşə və külək güclənə bilər

 

Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, Gürcüstanda avqustun 12-14-də nisbətən yüksək temperatur fonunda, bəzi yerlərdə yağış yağacaq, şimşək çaxa, dolu düşə və külək güclənə bilər.

Sinoptiklərin məlumatına əsasən, Tbilisidə avqustun 12-də şimşəyin müşaiyəti ilə qısamüddətli yağış yağacağı gözlənilir, avqustun 13-14-də isə hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +30, +32 dərəcə qeydə alınacaq.

“Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): Avqustun 12-də şimşəyin müşaiyəti ilə qısamüddətli yağış yağacağı gözlənilir, avqustun 13-14-də isə əsasən hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +27, +29 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): Avqustun 12-də şimşəyin müşaiyəti ilə qısamüddətli yağış yağacağı gözlənilir, avqustun 13-14-də isə yalnız ayrı-ayrı rayonlarda yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +30, +32 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi): Avqustun 12-də şimşəyin müşaiyəti ilə qısamüddətli yağış yağacağı gözlənilir, avqustun 13-14-də isə yalnız ayrı-ayrı rayonlarda yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +28, +30 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro): Avqustun 12-də şimşəyin müşaiyəti ilə qısamüddətli yağış yağacağı gözlənilir, avqustun 13-14-də isə yalnız ayrı-ayrı rayonlarda yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +26, +28 dərəcə qeydə alınacaq.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): Bəzi yerlərdə şimşəyin müşaiyəti ilə qısamüddətli yağış yağacağı gözlənilir, dolu düşə və külək güclənə bilər. Havanın temperaturu gündüz saatlarında +30, +32 dərəcə qeydə alınacaq.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): Bəzi yerlərdə şimşəyin müşaiyəti ilə qısamüddətli yağış yağacağı gözlənilir, dolu düşə və külək güclənə bilər. Havanın temperaturu gündüz saatlarında +31, +33 dərəcə qeydə alınacaq.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri): Bəzi yerlərdə şimşəyin müşaiyəti ilə qısamüddətli yağış yağacağı gözlənilir, dolu düşə və külək güclənə bilər. Havanın temperaturu gündüz saatlarında +28, +30 dərəcə qeydə alınacaq.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): Bəzi yerlərdə şimşəyin müşaiyəti ilə qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +20, +25 dərəcə qeydə alınacaq” – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.