Ninotsminda-Ermənistan Respublikasının sərhəd hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Ninotsminda-Ermənistan Respublikasının sərhəd hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib

 
Çovğun səbəbilə beynəlxalq əhəmiyyətli Axaltsixe-Ninotsminda avtomobil yolunun 90 km -112 km (Ninotsminda-Ermənistan Respublikasının sərhədi) hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır.

Sözügedən məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.

Qurumun məlumatında, sözügedən hissədə digər növ avtonəqliyyat vasitələrinin hərəkətinin sərbəst olduğu deyilir.

“Avtomobil yolunun 1 km – 89 km (Axaltsixe-Ninotsminda) hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir” – Avtomobil Yolları Departamentinin məlumatında qeyd olunub.