Nino Tsilosani – Vətənsiz siyasətçilərin “döyüş” ehtiyatlarını aşkarlayıb məhv edən kimi aksiyanın dinc xarakter aldığını dünənki gün bizə yaxşı göstərdi

12:08, 05.12.2024

 

Hər bir yaralanan polis və aksiya iştirakçısı üçün əslində kimin məsuliyyət daşıdığını dünənki gün bizə yaxşı göstərdi – vətənsiz siyasətçilərin “döyüş” ehtiyatlarını aşkarlayıb məhv edən kimi aksiya dinc xarakter aldı – bu haqda parlamentin vitse-spikeri Nino Tsilosani sosial şəbəkədə yazır.

Tsilosani bildirir ki, məhz onlar 2008-ci ildə ölkəni qoruyurdular, müxalifət isə ölkədən qaçırdı.

“Polis qəhrəmandır! Bütün polislərə, xüsusi təyinatlılara və asayiş keşikçilərinə ehtiramımı bildirirəm, 2008-ci ildə bu oğlanlar ölkəmizi qoruyanda, qorxaqlar siz hara qaçırdınız?! Hər bir yaralanan polis və aksiya iştirakçısı üçün əslində kimin məsuliyyət daşıdığını dünənki gün bizə yaxşı göstərdi – vətənsiz siyasətçilərin “döyüş” ehtiyatlarını aşkarlayıb məhv edən kimi aksiya dinc xarakter aldı” – Nino Tsilosani yazır.

Oxşar