Nino Silosani - əminəm ki, müxalifətin seçicisi yanaşmasına yenidən baxacaq, çünki 21-ci əsrdə inqilabi ssenari ölkə üçün 20 il geri çəkilmə olacaq
Nino Silosani - əminəm ki, müxalifətin seçicisi yanaşmasına yenidən baxacaq, çünki 21-ci əsrdə inqilabi ssenari ölkə üçün 20 il geri çəkilmə olacaq

Əminəm ki, müxalifətin seçicisi yanaşmasına yenidən baxacaq, çünki 21-ci əsrdə inqilabi ssenari ölkə üçün 20 il geri çəkilmə, hər bir insanın vəziyyətinin pisləşməsinə önşərt olacaq, – bu barədə Parlamentin Aqrar Komitəsinin sədri, Nino Silosani bəyan etdi.

Onun dediyinə görə, inqilab ssenarisi barəsində söhbət qeyri ciddi görünür, halbuki destabiliziasiyanın, ölkənin demokratiyasına ziyan vurulmasının istənilən cəhdinin qarşısı alınacaq.

“Adı müxalifət spektri olan inqilabi ssenari barəsində danışır, bu bir tərəfdən çox gülməlidir və qeyri ciddi görünür, lakin dövlət bütün bənzər hərəkətlərə öz adını verəcək. Destabiliziasiyanın, ölkənin demokratiyasına ziyan vurulmasının istənilən cəhdinin qarşısı alınacaq. Halbuki açıqca görünür ki, bu insanlarda radikalizmdən o yana heç bir imkanları qalmayıb hakimiyyətə gəlsinlər və sevinirəm ki, şəffaf seçkilər radikal qüvvələrin hakimiyyətə gəlməsi imkanını vermədi. Əminəm ki, müxalifətin seçicisi yanaşmasına yenidən baxacaq, çünki 21-ci əsrdə inqilabi ssenari ölkə üçün 20 il geri çəkilmə, hər bir insanın vəziyyətinin pisləşməsinə önşərt olacaq”, – Silosani qeyd etdi.