Nino Qiorqobiani – baş nazirin bəyanatının interpretasiyasi ki, sanki Gürcüstanda vaksinasiya məcburi olacaq, tamamilə əsassız və yanlışdır
Gürcüstanın baş nazirinin strateji kommunikasiyalar departamentinin rəhbəri, Nino Qiorqobiani bəyan edir ki, baş nazirin bəyanatının interpretasiyasi ki, sanki Gürcüstanda vaksinasiya məcburi olacaq, tamamilə əsassız və yanlışdır.
“Media vasitələrinin müəyyən hissəsi tərəfindən baş nazirin Laqodexidə “Gürcü Arzusunun” merliyə namizədi, Condo Mdivnişvilinin təqdim etdiyi zamanı vaksinasiya ilə bağlı bəyanatı başqa cür interpretasiya olundu.
Baş nazirin bəyanatının elə interpretasiyası ki, sanki Gürcüstanda vaksinasiya məcburi olacaq, tamamilə əsassız və yanlışdır.
İrakli Ğaribaşvili, bütün çıxışları zamanı pandemiyanın məğlub edilməsi prosesində peyvəndin əhəmiyyətinə xüsusi diqqət yetirir və Laqodexidə edilən bəynatda da analaji mətnli idi.
Baş nazir başqa ölkələrin nümunələri barəsində söhbət edirdi, harada da müzakirə edirlər ki, vaksinasiya onun əhəmiyyətindən irəli gələrək, məcburi olsun”, – Nino Qiorqobiani bəyan etdi.