Nino Lomcariya - seçkiqabağı dövrdə insan hüquqlarının pozulması faktlarının öyrənilməsinə başlayırıq
Xalq Müdafiəçisi seçkiqabağı dövrdə insan hüquqlarının pozulması faktlarının öyrənilməsinə başlayır, – bu barədə Gürcüstan Xalq Müdafiəçisi, Nino Lomcariya jurnalistlərə bəyan etdi.
Onun dediyinə görə, bunlar güman edilən təziqlərə, məcbur etmə faktlarına, işdən azad etməyə, pul ilə ələ keçirməyə və fiziki zoraklıq hallarına aid olacaq.
“Bununla bağlı bizim yaxın günlərdə yerli müşahidəçi təşkilatları ilə koordinasiya görüşümüz olacaq və sözsüz ki, hər bir fakt tərəfimizdən öyrəniləcəkdir”, – Lomcariya bəyan etdi.