Nino Lomcariya - idarələrarası şura gecə saatlarında hərəkətə məhdudiyyətin ehtiyacını əsaslandırmayıb
İdarələrarası şura gecə saatlarında hərəkətə məhdudiyyətin ehtiyacını əsaslandırmayıb, – bu barədə Xalq Müdafiəçisi, Nino Lomcariya İnsan Hüquqları Müdafiəsi Komitəsinin iclasında 2020-ci ilin hesabatını təqdim edərkən bəyan etdi.
Onun dediyinə görə, şura ictimaiyyətə məlumat çatdırmalıdır, konkret saatlarda hərəkətin məhdudiyyəti koronavirusun yayılmasının qarşısınan alınmasına hansı təsir göstərir.
“O ki qaldı azadlıq və təhlükəsizlik hüququ baxımından ölkədə mövcud duruma, bu baxımından biz bu vaxta qədər qüvvədə olan “komendant saatı” problemliyinə diqqət yetirməliyik. Baxmayaraq ki, 2021-ci ilin martı durumu ilə, pandemiya ilə bağlı bir sıra məhdudiyyətlər götürüldü, Gürcüstan hökuməti konkret elmi metod üzərində əsaslanan sübut təqdim etməyib ki, hərəkət etmə azadlığını məhdudiyyətin qüvvədə alması vacibliyini nəyə görədir və hesab edirik ki, şura təsdiq etməlidir və ictimaiyyətə məlumat çatdırmalıdır, konkret saatlarda hərəkətin məhdudiyyəti koronavirusun yayılmasının qarşısınan alınmasına hansı təsir göstərir”, – Lomcariya bəyan etdi.