Nino Lomcaria - övladları vəfat edən ataların və şəxsi vəkillərin iştirak edəcəyi görüşə dəstək oluram və mən də orada olacağam
Övladları vəfat edən ataların və şəxsi vəkillərin iştirak edəcəyi görüşə dəstək oluram və mən də orada olacağam ki, ailə üzvləri və vəkillət hökümətə demək istədiklərini desinlər, – bu haqda Gürcüstanın xalq müdafiəçisi Nino Lomcaria, Dövlət Administrasiyası qarşısında bəyan etdi.
Onun dediyinə əsasən, görüşün mövzusunu tam olaraq Dövlət Administrasiyası elan etməlidir.
“İndi cənab Zaza ilə özüm söhbət edəcəyəm ki, onun nə gözləntiləri və ümidləri olduğunu şəxsən öyrənim. Qeyd olunmuş görüşdə, əgər istəkləri olsa iştirak edəcəm. İçəri girdim və tezliklə çıxdım”, – Lomcariya bildirdi.
Zaza Saralidze Administrasiya qarşısındadı və bəyan edir ki, baş nazirlə yalnız görüşməyi planlamır və bir saat cavab gözləyəcək.
Biraz əvvəl, Dövlət Administrasiyasına eləcə də Zviad Kuprava getdi. O, bəyan etdi ki, Zaza Saralidze ona zəng edib xahiş etdi ki, Dövlət Administrasiyasına övladı öldürülmüş valideynlərlə bərabər gəlim. Orada digər siyasətçilər də var.
Dövlət Administrasiyasının mətbuat katibinin məlumatı ilə Qiorqi Kvirikaşvili, siyasət təmayüllü insanlarsız, Xorava küçəsində qətlə yetirilənlərin hər iki valideyni ilə görüşməyə hazır olduğunu bildirdi.