Nino Çxobadze - NenskraHES-in inşaatı hərhansı bir təhlükə yaradacaq və təbii fəlakətə səbəb olacaq mərhələdə deyildi
Ətraf Mühitin Qorunması məsələləri ilə bağlı mütəxəssis Nino Çxobadze bəyan edir ki, NenskraHES-in inşaatı hərhansı bir təhlükə yaradacaq və təbii fəlakətə səbəb olacaq mərhələdə deyildi.
Onun dediyinə görə, təbii fəlakətə yol açan səbəblərin dəqiq öyrənilməsi üçün hadisə yerində ekspert yoxlanışı keçirilməlidir.
“Nenskra” çayının tarixində belə bir daşqın hələ olmayıb və kəndin heç bir ağsaqqalı bənzər hadisə xatırlamır” – dedi Nino Çxobadze.
Onun dediyinə görə, buzların əriməsi nəticəsində dağdan axan sular Nenskra çayına qarışdı və çayın daşmasına səbəb oldu.
“Çaya axan suları tapıb, dayandırmaq çətindir, çünki meşəyə girmək mümkün deyil, bunun üçün xüsusi helikopterlər lazımdır” – dedi mütəxəssis.
Onun dediyinə görə, son nəticə təqribən bir ay sonra bəlli olacaq.
NenskraHES-in inşaatı ilə bağlı isə, mütəxəssis dedi ki, ümumiyyətlə hər bi inşaatın ətraf mühitə mənfi təsiri olur, ancaq HES-in inşaatı elə bir fazada deyildi ki, daşqına və yaxud digər təhlükələrə səbəb olaydı.
“Layihə başlamadan öncə, verilən rekomendasiyada deyilirdi ki, qeyd olunan ərazinin geologiyası sonuna qədər tədqiq olunmayıb. İndi isə, layihənin həyata keçirilməsi üçün, bu ərazinin geologiyası yenidən öyrənilməlidir” – dedi Çxobadze.