Gürcüstanın Ali Məhkəməsinin və Ali Ədliyyə Şurasının sədri Nino Qvenetadze vəzifəsini tərk edir.
Bu barədə məlumatı Ali Məhkəmənin mətbuat xidməti yayır.
Nino Qvenetadzenin vəzifəsindən istefa verməsinin səbəbi olaraq, onun sağlamlıq vəziyyəti və bir neçə aylıq müalicə kursu üçün xaricə getməsinin lazım olduğu adlanır.
“Nino Qvenetadze həmkarlarına səmərəli şəkildə işlədikləri üçün təşəkkür edir və ümid bildirir ki, gürcü məhkəmə sistemi insan hüquqlarının qorunmasını layiqli şəkildə təmin edəcək və qanunun aliliyinin və ədalətin gücləndirilməsinə xidmət edəcək” – deyilir mətbuat xidməti tərəfindən yayılan məlumatda.