Nino Enukidze - 2024-cü il üçün Dövlət Əmlakının Özəlləşdirilməsi Planı uğurla həyata keçirilib
Nino Enukidze - 2024-cü il üçün Dövlət Əmlakının Özəlləşdirilməsi Planı uğurla həyata keçirilib

 
2024-cü il üçün Dövlət Əmlakının Özəlləşdirilməsi Planı 100 faiz yerinə yetirilib. İqtisadiyyat nazirinin birinci müavini Nino Enukidzenin bəyanatına əsasən, dövlət büdcəsinə səfərbər edilmiş vəsaitin ümumi həcmi 236 000 000 larini keçib.

“2024-cü il üçün Dövlət Əmlakının Özəlləşdirilməsi Planı uğurla həyata keçirilib. Ötən il ərzində İqtisadiyyat Nazirliyinin Dövlət Əmlakı üzrə Milli Agentliyi tərəfindən 1400-dən çox elektron hərrac elan edilib, özəlləşdirilən əmlakın ümumi miqdarı isə 600 ədədi ötüb. 2025-ci ildə də dövlət əmlakının özəlləşdirilməsi baxımından aktiv iş davam edəcək və biz planı yenə yüz faiz yerinə yetirməyə çalışacağıq” – Nino Enukidze bildirib.

Dövlət əmlakının özəlləşdirilməsi prosesi şəffaf və hər kəs üçün əlçatandır. İstənilən maraqlı şəxs heç bir bürokratik prosedurlar olmadan davam edən elektron hərraclarda iştirak etmək və qısa müddətdə dövlət aktivinin sahibi olmaq imkanına malikdir. Dövlət Əmlakı üzrə Milli Agentlik sürətləndirilmiş özəlləşdirmə prosesini və özəl sektora müxtəlif, investisiya üçün cəlbedici daşınmaz əmlak təklif etməyə davam edəcək.