Nino Burcanadze - danışıqlar əhval ruhiyyəsindəyik, lakin ümidim yoxdur ki, Kristian Danielson ilə görüşdə "Gürcü Arzusu" hansısa kompromisli təklif təqdim edəcək
Nino Burcanadze - danışıqlar əhval ruhiyyəsindəyik, lakin ümidim yoxdur ki, Kristian Danielson ilə görüşdə "Gürcü Arzusu" hansısa kompromisli təklif təqdim edəcək

Danışıqlar əhval ruhiyyəsindəyik, lakin birbaşa deyəcəm ümidim yoxdur ki, Kristian Danielson ilə görüşdə “Gürcü Arzusu” hansısa kompromisli təklif təqdim edəcək, – bu barədə “Vahid Gürcüstan” partiyasının lideri, Nino Burcanadze bəyan etdi.

“Görüş sabah olacaq və görək. Bir ən önəmli olan odur ki, bizim Avropalı dostumuzun böyük istəyi, problemin həllimə imkanlar yaratsın. Əminəm ki, mediator bu danışıqlarda çox adekvat hərəkət edəcək. Bizim təkliflərimiz məlumdur – siyasi məhbusların azad olunması, siyasi təqibin dayandırlması və vaxtəndan əvvəl seçkilər.

Danışıqlar əhval ruhiyyəsindəyik, lakin birbaşa deyəcəm ümidim yoxdur ki, Kristian Danielson ilə görüşdə “Gürcü Arzusu” hansısa kompromisli təklif təqdim edəcək. Müxalifət tərəfindən kompromis artıq var idi. Biz plebisit təklif etdik. Müvafiq olaraq kompromis vaxtı indi hakimiyyət tərəfdədir”, – Nino Burcanadze bəyan etdi.

Avropa Şurasının prezidenti, Şarl Mişel Gürcüstana şəxsi nümayəndəsini göndərir ki, hansı da Avropa İttifaqı tərəfindən dəstəklənən siyasi dialoqa qoşulacaq. Bu barədə Avropa Şurası tərəfindən yayılan məlumatda deyilir. Kristian Danielsona Avropa Şurasının prezidenti, Şarl Mişel şəxsi nümayəndəsi statusunu Avropa ali komissarı, Cozef Borel ilə razılaşdıraraq verdi. Avropa Şurasının prezidenti, Şarl Mişelin şəxsi nümayəndəsi, Kristian Danielson Gürcüstana 12 martda gələcək.