Nikoloz Samxaradze - Ümumiyyətlə, Almaniyanın qərarının nəyə əsaslandığı anlaşılmazdır, kimə sanksiya tətbiq etdiklərini bilmirəm, bu qərar reallıqdan uzaqdır
Ümumiyyətlə, qərarın nəyə əsaslandığı anlaşılmazdır, kimə sanksiya tətbiq etdiklərini bilmirəm, bu qərar reallıqdan uzaqdır – bu haqda Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze bildirib.
Samxaradze, Almaniyanın aksiyaların dağıdılmasına görə məsuliyyət daşıyan gürcü rəsmi şəxslərin ölkəyə girişinə əlavə qadağalar tətbiq etdiyinə dair Almaniya Xarici İşlər Nazirliyinin bəyanatını şərh edib.
“Ümumiyyətlə, qərarın nəyə əsaslandığı anlaşılmazdır, kimə sanksiya tətbiq etdiklərini bilmirəm. Son bir neçə ayda Gürcüstanda etiraz aksiyaları keçirilirsə, olduqca sakit və dinc şəkildə keçirilir. Bundan irəli gələrək, bu qərar reallıqdan tamamilə uzaqdır. Bu, onların suveren qərarıdır və əlbətdə, bu qərarı bəyənmirik, lakin biz buna qarışa bilmərik” – Nikoloz Samxaradze bildirib.