Nikoloz Samxaradze - Parlament toplaşanda görəcəyik, hansı partiyalar parlament həyatını davam etdirəcəklər və bundan sonra partiyaların maliyyələşdirilməsi məsələsini müzakirə edəcəyik
Nikoloz Samxaradze - Parlament toplaşanda görəcəyik, hansı partiyalar parlament həyatını davam etdirəcəklər və bundan sonra partiyaların maliyyələşdirilməsi məsələsini müzakirə edəcəyik

Parlament toplaşanda görəcəyik, hansı partiyalar parlament həyatını davam etdirəcəklər və bundan sonra partiyaların maliyyələşdirilməsi məsələsini müzakirə edəcəyik, – bu barədə “Gürcü Arzusunun” seçki siyahısının üzvü, Nikoloz Samxaradze partiyaların maliyyələşdirilməsi məsələsi ilə bağlı bəyan etdi.

Onun dediyinə görə, bu mərhələdə məsələ üzrə dərinləşdirilmiş müzakirə erkəndir.

“Məncə bu məsələ üzrə fundamental və dərinləşdirilmiş müzakirə erkəndir. Parlament hələlik toplaşmayıb. Baxarıq nə vəziyyət olacaq. Hansı partiyalar Parlamentə daxil olacaqlar. Parlament həyatını hansı partiyalar davam etdirəcəklər. Sonra bu məsələ gündəmdə olsa, bu məsələni müzakirə edəcəyik. Yəni bu gün bu məsələ gündəmdə durmur ona görə ki, yeni Parlament hələlik toplaşmayıb. Bu idea mövcuddur. Halbuki müzakirəsiz bu məsələnin qərarı baş verməyəcək. Parlament toplaşdıqdan sonra, bu idea yenə mövcud olsa, sonra müzakirə edəcəyik”, – Nikoloz Samxaradze bəyan etdi.