Nikoloz Samxaradze: Müxalifətlə bağlı bildiyimiz həqiqətlər indi üzə çıxır. Əgər baş verənlərdən xəbəri olmayan kimsə qalmışdısa, artıq hər kəs ‘Milli Hərəkat’ın hansı əsaslar üzərində qurulduğunu biləcək
“Bizim müxalifətlə bağlı bildiyimiz həqiqətlər – kimin təsir imkanlarına malik olduğu və qeyri-formal rəhbərin kim olduğu – indi hər kəsin gözü qarşısında üzə çıxarılır. Halbuki bizə müxalifəti proavropa və demokratik prinsiplər üzərində qurulmuş siyasi qüvvə kimi təqdim edirdilər”.
Bunu parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze deyib.
Samxaradzeyə görə, hazırda yaxşı proses gedir. Onun sözlərinə görə, cəmiyyətdə müxalifətdə nələrin baş verdiyini bilməyən kimsə qalmışdısa, artıq hər kəs “Milli Hərəkat”ın hansı əsaslar və dəyərlər üzərində dayandığını biləcək.
“Onları proqərb qüvvələri adlandırmaqdan çəkinərdim. Çünki parlamentə daxil olmaqdan imtina edən, seçkiləri tanımayan və insan hüquqlarının pozulması ilə bağlı problemləri olan partiyaların kiminsə tərəfindən proqərb qüvvə kimi qiymətləndiriləcəyini düşünmürəm”, – Nikoloz Samxaradze bildirib.