Nikoloz Samxaradze - müxalifət inqilab arzusundan əl çəkə bilmir, bu ölkədə inqilablar dövrü başa çatdı
Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, Nikoloz Samxaradzenin fikrincə, müxalif partiyalar inqilab arzusundan əl çəkə bilmirlər.
Jurnalistlərlə söhbəti zamanı Nikoloz Samxaradzenin qeyd etdiyinə görə, müxalifət həmi də inqilabın xatırlanmasından qoruxur.
“İnqilabın əvvəlinə bəzən sülh artırırlar, bəzən başqa sifətlər əlavə edirlər və hər halda inqilabın təşkil ediməsi arzusundan əl çəkə bilmirlər. Bu ölkədə inqilablar dövrü başa çatdı.
Bu ölkədə ədalətli və azad seçkilər keçirildi, hansını da bizim beynəlxalq partnyorlarımız zərrəbin ilə izləyirdilər. Müvafiq olaraq, keçirilən seçkilər xalqın iradəsinin ifadəsi idi”, – Samxaradze bəyan etdi.