Levan Yoseliani - yeni razılaşma nəzərdə tutur ki, Tamar Jvaniya yerli özünüidarəetmə seçkilərində MSK-nın sədri olamyacaq
Levan Yoseliani - yeni razılaşma nəzərdə tutur ki, Tamar Jvaniya yerli özünüidarəetmə seçkilərində MSK-nın sədri olamyacaq

Görüşün iştirakçılarını planlarımızla tanış etdik, memorandumla nəzərdə tutulmuş maddələrin qanunvericilikdə əks etdirilməsini necə planlaşdırırıq, bu gün tanışlıq xarakterli görüş idi. Konkret qərarlar qəbul edilməyib, – bu barədə “Vətəndaşlar” partiyasının üzvü, Levan Yoseliani seçki islahatı ilə bağlı işçi qrupunun görüşündən sonra bəyan etdi.

Onun dediyinə görə, dəyişiliklər nəzərdə tutur ki, MSK fərqli qayda ilə komplektşədiriləcək və müvafiq olaraq, Tamar Jvaniya vəzifəsindən azad olunacaq və yeni sədr seçiləcək.

“Bu islahat bunu nəzərdə tutur. Sədrin seçilməsi başqa qayda ilə baş verməlidir və düşünürəm, hamımız başa düşürük ki, sədr tamar Jvaniya ola bilməz. İnanın mənə bu belə olacaq. Sözsüz ki, bu siyasi razılaşmanın hissəsidir. Yeni razılaşma nəzərdə tutur ki, Tamar Jvaniya yerli özünüidarəetmə seçkilərində MSK-nın sədri olamyacaq. Bu qayda ilə, şübhə edirəm ki, onu bu vəzifəyə seçsinlər”, – Yoseliani bəyan etdi.

Seçki islahatı ilə bağlı Parlamentdə işçi qrupunun görüşü keçirildi. Bu formatda QHT, diplomatik korpusun və MSK-nın nümayəndələri iştirak edirlər. Disskusiyanın əsas mövzusu seçki islahatının həyata keçirilməsi və “Gürcü Arzusu” və “Vətəndaşlar” arasında imazalanan memorandumdur. İslahat, Mərkəzi Seçki Komissiyasının yeni formada komplektləşdirilməsini, MSK-nın sədrinin yeni qayda ilə seçilməsini və səsvermə prosedurunun elektron sisteminə keçməsini nəzərdə tutur.