Nikoloz Samxaradze – “Milli Hərəkat” resursunu çoxdan tükədib, süqut edən reytinqlərini necəsə bir az qaldırmaq və müxalifətdə aparıcı partiya olmaq üçün göstərilən tamaşanı izləyirik

18:38, 05.08.2026

 

“Milli Hərəkat” resursunu çoxdan tükədib. “Milli Hərəkat” insan hüquqlarının pozulması, reket, insanların döyülməsi və əmlakın mənimsənilməsi ilə assosiasiya olunan partiya olaraq qalacaq – bu barədə Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Gürcüstanın Birinci Kanalına deyib.

Samxaradenin sözlərinə əsasən, izlədiyimiz proses süqut edən reytinqləri necəsə bir az qaldırmaq və müxalifətdə aparıcı partiya olmaq üçün göstərilən tamaşa və şoudur.

“Bu insanlar partiyanın rebrendinqini hakimiyyətə qayıtmaq üçün yox, müxalifətdə itirdikləri birinciliyi bərpa edərək yenidən bir nömrəli partiya kimi qalmaq üçün edirlər və digər partiyalar da məhz bunun üçün mübarizə aparırlar. İzlədiyimiz proses süqut edən reytinqləri necəsə bir az qaldırmaq və “Milli Hərəkat”ın müxalifətdə aparıcı partiya olması üçün göstərilən tamaşa və şoudur” – Samxaradze bildirib.

Oxşar