Nikoloz Samxaradze – Marta Kosun bəyanatı qəribə idi; Avropa İttifaqının namizəd ölkəyə hansı dövlətin hökuməti ilə dostluq əlaqələri saxlamalı olduğunu diktə etmək hüququ yoxdur

17:03, 11.09.2026

„Avropa İttifaqının namizəd ölkəyə hansı ölkənin hakimiyyəti və ya administrasiyası ilə dostluq əlaqələri saxlaya biləcəyini diktə etmək hüququ yoxdur“, – bunu Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Gürcüstanın Birinci Kanalına bildirib.
Samxaradze Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kosun „Avropa İttifaqına üzv olmaq istəyən ölkələr təşkilata üzv ola bilmək üçün Donald Trampın MAGA hərəkatı ilə əlaqələrini kəsməlidirlər“ açıqlamasını şərh edib.

„Bu halda söhbət Avropa İttifaqının əsas tərəfdaşı və Avropada təhlükəsizliyin başlıca qarantı olan Amerika Birləşmiş Ştatlarından gedir. Buna görə də Marta Kosun açıqlaması qəribə idi. Marta Kos Avropa İttifaqına üzv ölkələrdən danışmayıb. Halbuki həmin ölkələrin Amerikanın yeni administrasiyası ilə münasibətləri ola bilər. Burada da ölkələrin birinci və ikinci dərəcələrə bölündüyünü görürük. Avropa İttifaqının üzvü olan ölkənin Amerika ilə münasibət saxlamasına icazə verilir, namizəd ölkəyə isə Amerika hakimiyyəti ilə dostluq etmək yolverilməz sayılır.

Bu, Avropa İttifaqı üçün pis haldır. Çünki namizəd ölkələrdə qəzəb və narazılıq yaradır, daha da önəmlisi, Avropa İttifaqının imicinə zərər vurur və insanlarda belə bir fikir formalaşdırır ki, Avropa İttifaqı əslində genişlənmək istəməyə də bilər“, – Nikoloz Samxaradze bildirib.

Oxşar