Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Koreya Respublikasının fövqəladə və səlahiyyətli səfiri Hion Du Kim ilə görüşüb.
Tərəflər Gürcüstan və Koreya arasında mövcud ikitərəfli münasibətlər haqda danışıblar və parlament, eləcə də icra səviyyəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Koreya Respublikasının səfiri ilə görüşdə iki ölkə arasında mövcud ticarət-iqtisadi münasibətləri, mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Səfirin bəyanatına əsasən, Gürcüstanda koreyalı turistlərin sayı hər il artır. Qeyd edilib ki, ölkələr arasında birbaşa uçuşların başlaması turizm sahəsinin inkişafına əhəmiyyətli töhfə verərdi.
Görüşdə parlament diplomatiyasının əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, Gürcüstan və Koreyaya bir sıra yüksək səviyyəli səfərlər edilib.
Tərəflər iki ölkəni uzunmüddətli diplomatik münasibətlərin birləşdirdiyini və beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini fəal şəkildə dəstəklədiklərini vurğulayıblar. Qeyd olunan əməkdaşlıq ortaq maraqlara əsaslanır və ikitərəfli münasibətlərin güclənməsinə töhfə verir.
Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.