Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze İtaliyanın Gürcüstandakı səfiri Massimiliano D’Antuono ilə görüşüb.
Tərəflər ikitərəfli parlament münasibətlərini və əməkdaşlıq gündəliyindəki digər mühüm məsələləri müzakirə ediblər.
Söhbətin əsas mövzuları oktyabrın 26-na planlaşdırılan parlament seçkiləri, seçkiöncəsi mühit, seçki kampaniyasının gedişatı və hökumətin seçki proqramı olub.
Tərəflər həmçinin Gürcüstan və ümumilikdə Avropada təhlükəsizlik mühitini, Gürcüstanın işğal olunmuş bölgələrindəki çətin vəziyyəti və çağırışları müzakirə ediblər.
Məlumatı Gürcüstan Parlamentinin Mətbuat Xidməti yayır.