Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze İsveçrə Konfederasiyasının Milli Şurasının üzvü, Xarici Əlaqələr Komitəsinin sədri Loren Verli ilə görüşüb. Tərəflər regional təhlükəsizlik məsələlərini, Ukraynadakı vəziyyəti və cari sülh prosesini müzakirə ediblər.
Parlamentin mətbuat xidmətinin məlumatında qeyd olunduğu üzrə, Loren Verli İsveçrə Konfederasiyasının Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qeyd-şərtsiz dəstəyini təsdiqləyib.
Ukraynada sülh prosesinin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə mənfi təsir göstərməməsinin vacib olduğu qeyd olunub.
Görüş Özbəkistan Respublikasının paytaxtı Daşkənddə davam edən Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində keçirilib.