Nikoloz Samxaradze – İran səfirinə tövsiyə edirəm ki, diplomatın protokol çərçivəsində qalsın və tarixi ekskursların başını buraxsın, bu onun işi deyil

16:14, 29.09.2026

 

Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze İranın Gürcüstandakı səfirini diplomatik protokol çərçivəsində qalmağa və tarixi ekskursların başını buraxmağa çağırır.

Nikoloz Samxaradzenin Gürcüstanın Birinci Kanalı ilə söhbətində bəyan etdiyi kimi, bu, İran səfirinin, o cümlədən tarixi faktlarla bağlı ikimənalı bəyanat verdiyi ilk hal deyil.

Deputatın sözlərinə əsasən, Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili Gürcüstana qayıtdıqdan sonra bu məsələ onunla müzakirə olunacaq.

“Ona xatırlatmaq istəyirəm ki, vaxtı ilə Gürcüstan və Fars diyarı arasında yaxşı münasibətlər olmayıb, ağır bir tarix var və bu, istənilən gürcü üçün həssas məsələdir. Ona tövsiyə edirəm ki, diplomatın protokol çərçivəsində qalsın və tarixi ekskursların başını buraxsın, çünki bu onun işi deyil. Əgər o, iki ölkə arasında normal münasibətlərin qorunub saxlanılmasını istəyirsə, bu cür çıxışlara son qoymalıdır” – Samxaradze qeyd edib.

Nikoloz Samxaradze İranın Gürcüstandakı səfiri Ali Mocaninin “Facebook” səhifəsindəki paylaşımını şərh edib. Səfir paylaşımda yazır: “Tezliklə oxucularla həm çariça Ketevana, həm də İran və Gürcüstanda mühafizə olunan sənədlər və tarixi mənbələrə aid apardığım ilkin araşdırmanın nəticələrini bölüşəcəyəm. Təqdim olunan material nə rəsmi versiya, nə də Ketevan haqqında son sözü dediyim iddiası olacaq; bu, araşdırmanın bu mərhələsində tarixçinin şəxsi baxışı və qiymətləndirməsi olacaq. Təbii ki, bu qiymətləndirmə gələcəkdə əlavə mənbələr, eləcə də gürcü və iranlı tədqiqatçıların birgə araşdırmaları əsasında tamamlanmalı, təhlil edilməli, tənqidi şəkildə nəzərdən keçirilməli və ya düzəldilməlidir. Ola bilsin ki, oxşar hekayələrin yenidən dərk edilməsi keçmişə qayıtmaqdan daha çox, bu gün bir-birimizi daha yaxşı və dərindən tanımaq imkanı olsun”.

Oxşar