Nikoloz Samxaradze - insana arxasından gizlincə yaxınlaşaraq başına zibilin tökülməsi, nə mülki fəallıqdır və nə də müxalifətçilik
Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, Nikoloz Samxaradzenin dəyərləndirməsinə görə, insana arxasından gizlincə yaxınlaşaraq başına zibilin tökülməsi, nə mülki fəallıqdır və nə də müxalifətçilik.
“Bu cür faktın müxalifətdə ixtilafın yaratması mənim üçün təəccübləndiricidir. İnsana arxasından gizlincə yaxınlaşaraq başına zibilin tökülməsi, nə mülki fəallıqdır və nə də müxalifətçilik, bu qorxaqlıqdır”, – Nikoloz Samxaradze bəyan etdi.
23 yanvarda, Batumidə aksiya iştirakçıları Acara Ali Şurası deputatı, İrakli Çavleişviyə qarşı çıxdılar. DİN insident iştirakçısı, İrakli Panqanini yaxaladı. İdarənin məlumatına görə, yaxalanan deputata qarşı təqib həyata keçirdi və zibil qutusundan başına tullantılar atdı.