Nikoloz Samxaradze Hindistanın Akademik Mərkəzində çıxış edib
Nikoloz Samxaradze Hindistanın Akademik Mərkəzində çıxış edib

 

Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Hindistanın Akademik Mərkəzində çıxış edib.

Nikoloz Samxaradze qeyd olunan mərkəzin dünyanın ən yaxşı iyirmiliyində olduğunu bildirib. Onun sözlərinə əsasən, dəyirmi masa çərçivəsində Gürcüstanın xarici prioritetləri, işğal, Avropaya inteqrasiya, qonşu ölkələrlə münasibəti və regional inteqrasiya müzakirə olunub.

Deputatın məlumatına əsasən, müzakirə zamanı Anakliya limanı və Rusiya-Ukrayna müharibəsi ilə bağlı suallar olub.

“Dəyirmi masada Hindistanda akkreditə olunmuş diplomatlar, akademik dairənin nümayəndələri, analitiklər və biznes sektorun nümayəndələri iştirak edirdilər. Səmərəli müzakirə baş tutdu” – Samxaradze bildirib.