Nikoloz Samxaradze - Ğulevi neft terminalının 20-ci sanksiyalar paketindən çıxarılması ilə Gürcüstana qarşı böhtan kampaniyasının aparıldığı təsdiqləndi
Nikoloz Samxaradze - Ğulevi neft terminalının 20-ci sanksiyalar paketindən çıxarılması ilə Gürcüstana qarşı böhtan kampaniyasının aparıldığı təsdiqləndi

 

Ğulevi neft terminalının 20-ci sanksiyalar paketindən çıxarılması ilə Gürcüstana qarşı böhtan kampaniyasının aparıldığı təsdiqləndi – bu haqda Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze jurnalistlərə bildirib.

Nikoloz Samxaradzenin qeyd etdiyi kimi, Gürcüstana qarşı artıq uzun müddətdir, təxminən dörd ildən çoxdur ki, ölkəni Rusiyaya qarşı sanksiyalardan yayınmaqda ittiham etmək üçün dezinformasiya buludu yaradılır.

“İndi sən demə məlum olur ki, biz İrana, yəqin ki, Venesuelaya, Nikaraquaya və başqa kiməsə də kömək edirik. Bütün bunlar o qədər aşağı səviyyəli yalandır ki, onlar özləri bunu inkar etməli və geri götürməli olurlar” – Nikoloz Samxaradze bildirib.

Məlumat üçün bildirək ki, Avropa İttifaqı Gürcüstanda yerləşən Ğulevi neft terminalını Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə daxil etməyib. Avropa İttifaqının sanksiyalar məsələləri üzrə xüsusi nümayəndəsi Devid O’Sallivan müvafiq qərar haqqında Gürcüstanın xarici işlər naziri Maka Bocorişviliyə məktubla məlumat verib.