Nikoloz Samxaradze – Frankofoniya sessiyası çərçivəsində coğrafi baxımdan Gürcüstandan uzaqda olan və aktiv diplomatik ünsiyyətimizin olmadığı ölkələrlə görüşmək imkanımız var
Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Gürcüstanın parlament nümayəndə heyətinin Frankofoniya Parlament Assambleyasının sessiyasında iştirakının nə dərəcədə əhəmiyyətli olmasından danışıb.
Samxaradzenin dediyi kimi, bu format coğrafi baxımdan Gürcüstandan uzaqda olan və aktiv diplomatik ünsiyyətin olmadığı ölkələrin nümayəndələri ilə görüşməyə imkan verir.
“Parlament nümayəndə heyətimiz Frankofoniyanın illik sessiyasında iştirak edir. Builki sessiyada Şimali Amerika, Avropa, Afrika və Asiya ölkələrindən üç yüzdən çox nümayəndə iştirak edir. Bu format bizim üçün ondan ötrü vacibdir ki, coğrafi cəhətdən Gürcüstandan uzaq olan və aktiv diplomatik ünsiyyətimizin olmadığı ölkələrlə görüşmək imkanımız var. Qiorqi Kaxianinin işğaldan irəli gələn təhlükələrdən, işğal səbəbindən öz evlərinə qayıda bilməyən insanların taleyindən danışdığı çıxışı oldu. Həmçinin, Gürcüstanın hər il BMT-yə təqdim etdiyi qətnaməyə xüsusi diqqət yetirildi. Frankofoniya Assambleyasında tez-tez qətnamələrə səs verməkdən çəkinən ölkələr təmsil olunur. Ona görə də burada həmin ölkələrə gələcəkdə bizim qətnaməmizi dəstəkləmələri üçün çağırış edildi. Bununla yanaşı, suverenliyin möhkəmləndirilməsi yolunda ölkənin atdığı addımlardan, son beş ildə əldə etdiyimiz iqtisadi tərəqqidən danışdıq. Gürcüstan Parlamenti bu platformadan tanınmama siyasətini gücləndirmək, eləcə də hər il BMT-də olan Gürcüstanın qətnaməsinə daha çox ölkənin dəstəyini cəlb etmək üçün istifadə edir” – Nikoloz Samxaradze bildirib.
Parlament nümayəndə heyəti Frankofoniya Parlament Assambleyasının 51-ci illik sessiyasında iştirak edir.