Nikoloz Samxaradze - Dünya Parlament İttifaqından tanımama siyasətinin möhkəmləndirilməsi üçün istifadə edirik, burada Asiya, Afrika və Latın Amerikası ölkələrinin nümayəndələri ilə görüşürük
Dünya Parlament İttifaqı Assambleyasından tanımama siyasətinin möhkəmləndirilməsi üçün istifadə edirik, çünki bu, Asiya, Afrika və Latın Amerikası ölkələrinin nümayəndələri ilə görüşmək üçün imkandır – bu haqda parlamentin xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze bildirib.
O bildirib ki, Avropa nümayəndə heyətləri ilə də görüşlər olacaq, burada birbaşa Gürcüstan və Avropa İttifaqı arasındakı mövcud əlaqələrdən bəhs ediləcək.
“Dünya Parlament İttifaqının 150-ci Assambleyasının keçirildiyi Daşkənddə bu gün parlament nümayəndə heyətinin səfəri başlayır. Bu, dünyada mövcud ən böyük parlamentlərarası platformadır və BMT-nin demək olar ki, bütün ölkələrini birləşdirir. Müvafiq olaraq, müxtəlif ölkələrin parlament nümayəndə heyətləri, o cümlədən parlament sədrləri və üzvləri ilə görüşmək imkanımız olacaq. Əlbəttə, əsasən, bu forumdan tanımama siyasətinin möhkəmləndirilməsi üçün istifadə edirik, çünki bu, Asiya, Afrika və Latın Amerikası ölkələrinin nümayəndələri ilə görüşmək üçün imkandır. Əlbətdə, Avropa nümayəndə heyətləri ilə də görüşlərimiz olacaq, burada birbaşa Gürcüstan və Avropa İttifaqı arasındakı əlaqələr, o cümlədən mövcud problem və eləcə də gələcək baxışlar barədə danışacağıq. Buna əsasən, vacib forumdur və maraqlı və faydalı müzakirələr gözləyirik” – Nikoloz Samxaradze bildirib.
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin rəhbərliyi altında parlament nümayəndə heyəti 5-8 aprel tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Parlamentlərarası İttifaqın (IPU) 150-ci Assambleyasının işində iştirak edəcək.