Nikoloz Samxaradze Delfos İqtisadi Forumunun prezidenti ilə görüşüb
Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Delfos İqtisadi Forumunun təsisçisi və prezidenti Simeon Tsomokosla görüşüb.
Tərəflər forumun beynəlxalq və regional əməkdaşlığın təşviqində əhəmiyyəti və rolu barədə danışıblar.
Görüş zamanı Delfos İqtisadi Forumu ilə Gürcüstan parlamenti arasında əməkdaşlığın və əlaqələrin dərinləşdirilməsi perspektivlərinə diqqət yetirilib.
Tərəflər, həmçinin mümkün birgə tədbirlər barədə danışıblar. Eləcə də Gürcüstanın regional təhlükəsizliyin və iqtisadi əlaqəliliyin gücləndirilməsindəki rolu müzakirə olunub.
Görüşdə Gürcüstanın Yunanıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Levan Beridze iştirak edib.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayıb.