Nikoloz Samxaradze – Çində görüşlərdə Gürcüstan-Çin münasibətlərinin dərinləşdirilməsini, ticarətin, əlaqəliliyin inkişafını və mübadilə proqramlarının dəstəklənməsini müzakirə etdik
Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində Gürcüstan nümayəndə heyətinin keçirdiyi görüşlərlə bağlı sosial şəbəkədə paylaşım edir.
Samxaradzenin qeyd etdiyi kimi, yüksək səviyyəli görüşlərdə Gürcüstan ilə Çin arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“Hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində yeni əməkdaşlıq imkanlarını araşdırmaq üçün Çində Gürcüstan nümayəndə heyətinə rəhbərlik etməkdən məmnunam. Çinin Xalq Nümayəndələri Milli Konqresi, Çin Kommunist Partiyası və Gənclər Federasiyası ilə keçirilən yüksək səviyyəli görüşlərdə Gürcüstan və Çin arasında münasibətlərin dərinləşdirilməsini, ticarətin, əlaqəliliyin və turizmin inkişafını, eləcə də təhsil sahəsində və gənclərin mübadilə proqramlarının dəstəklənməsini müzakirə etdik” – Nikoloz Samxaradze yazır.