Nikoloz Samxaradze Cənubi Qafqaz üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi səfir Kristof Şpet ilə görüşüb
Nikoloz Samxaradze Cənubi Qafqaz üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi səfir Kristof Şpet ilə görüşüb

 

Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Cənubi Qafqaz üzrə ATƏT-in (OSCE) fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi səfir Kristof Şpet ilə görüşüb.

Müzakirənin əsas məsələsi Cənubi Qafqazdakı cari hadisələr və Rusiya tərəfindən işğal edilmiş Abxaziya və Sxinvali bölgəsində mövcud vəziyyət olub.

Görüş zamanı Nikoloz Samxaradze Gürcüstan hakimiyyətinin işğal edilmiş bölgələrə münasibətdə siyasəti haqda danışıb.

Tərəflər Cenevrə Beynəlxalq Danışıqlarının 66-cı raundu və onun nəticələri haqda danışıblar.

“Cənubi Qafqaz üzrə ATƏT-in (OSCE) fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Kristof Şpet ilə görüşdə müzakirə olunan əsas məsələ işğal olunmuş bölgələr olub. Biz martın 18-19-da keçirilən Cenevrə Beynəlxalq Danışıqlarının 66-cı raundu haqda danışdıq və Cenevrə danışıqlarının gürcü tərəfi üçün əhəmiyyətini bir daha vurğuladıq” – Nikoloz Samxaradze görüş başa çatdıqdan sonra bildirib.

Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.