Nikoloz Samxaradze Bosniya və Herseqovinanın xarici işlər nazirinin müavini ilə görüşüb
Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Bosniya və Herseqovinanın xarici işlər nazirinin müavini İosip Brkiç ilə görüşüb.
Tərəflər iki ölkə arasında mövcud münasibətləri müzakirə ediblər və Gürcüstan ilə Bosniya və Herseqovina arasında ikitərəfli əməkdaşlığın bütün vacib sahələrində, o cümlədən parlamentlərarası səviyyədə tərəfdaşlığın inkişafının təşviq edilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüş zamanı Qərbi Balkanlar və Qara dənizin regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Həmçinin Avropa təhlükəsizlik məsələlərini, Ukraynada davam edən rus təcavüzünü və onun nəticələrini müzakirə ediblər.
Nikoloz Samxaradze Gürcüstanın Rusiya tərəfindən işğal edilmiş bölgələrində mövcud mürəkkəb vəziyyət haqda danışıb.
Bosniya və Herseqovinanın xarici işlər nazirinin müavini ilə görüşdə əsas müzakirə mövzularından biri iki ölkənin Avropa İttifaqına inteqrasiya prosesi, müsbət təcrübə, eləcə də mövcud çağırışlar olub.
Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.