Nikoloz Samxaradze BMT-nin Gürcüstandakı Rezident Koordinatoru Didye Trebuk ilə görüşüb

19:29, 03.09.2026

Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze BMT-nin Gürcüstandakı Rezident Koordinatoru Didye Trebuk ilə görüşüb. Bu məlumatı Gürcüstan Parlamenti yayıb.
Parlamentdən verilən məlumata görə, müzakirə olunan mövzular arasında regional təhlükəsizlik məsələləri də var.

“Görüş zamanı tərəflər 2026–2030-cu illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivə Sənədinin (UNSDCF) prioritet sahələrini və icra mexanizmlərini, habelə BMT-nin ölkədəki layihələri ilə bağlı tərəqqi və çətinlikləri müzakirə ediblər”.
“Diqqət regiondakı vəziyyətə və enerji təhlükəsizliyi məsələlərinə, o cümlədən Gürcüstanın Qərb ilə Şərq arasında əlaqələrin gücləndirilməsindəki roluna yönəldilib. Nikoloz Samxaradze BMT-nin Gürcüstandakı rezident-koordinatoru ilə ölkənin işğal olunmuş bölgələrindəki vəziyyəti müzakirə edib”, – deyə Parlamentin yaydığı bəyanatda bildirilir.

Oxşar