Nikoloz Samxaradze – bizim ambisiyalı məqsədimizdir ki, Gürcüstan 2024-cü ilə qədər Assosiasiya Sazişi üzrə öhdəliklərinin üçdə ikisini yerinə yetirsin

10:35, 28.01.2022

Gürcüstan Parlamentinin nümayəndə heyəti Brüsseldə görüşlər keçirir, burada əsas müzakirə mövzusu Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlərin gündəliyidir.

Xarici Əlaqələr Komitəsinin sədri, Nikoloz Samxaradzenin bəyan etdiyinə görə, nümayəndə heyətinin üzvləri Avropa Parlamentinin üzvlərinə Assosiasiya Sazişi üzrə öhdəliklərin yerinə yetirilməsi və 2022-2023-cü illərdə həyata keçiriləcək islahatlar barədə məlumat çatdırdılar. Onun dediyinə görə, 2024-cü ilə qədər Gürcüstan Assosiasiya Sazişi üzrə öhdəliklərinin üçdə ikisini yerinə yetirməyi planlaşdırır.

“Avropa Parlamentinin üzvləri ilə görüşdə qeyd olundu, bizim ambisiyalı məqsədimizdir ki, Gürcüstan 2024-cü ilə qədər Assosiasiya Sazişi üzrə öhdəliklərinin üçdə ikisini yerinə yetirmiş olsun. Bu baxımdan biz Avropa Parlamentinin deputatlarının tam dəstəyini aldıq. Onlar üçün də çox vacibdir ki, Gürcüstan bizi Avropa İttifaqına daha da yaxınlaşdıracaq Assosiasiya Sazişini yerinə yetirməyi davam etdirsin”, – Nikoloz Samxaradze bəyan etdi.

Samxaradzenin dediyinə görə, görüşlərdə digər söhbət mövzusu Jan Monenin dialoqu idi. Avropa Parlamentinin deputatı, Mariya Kaliuranla görüşdə qeyd olunduki, Gürcüstan Parlamentinin sədri və Avropa Parlamenti sədrinin ilk görüşündə Jan Monenin dialoqunun necə baş tutacağı ilə bağlı plan formalaşdırılacaq.

“Maria Kaliuranla Jan Monenin dialoqu barəsində çox səmərəli söhbətimiz oldu. Biz razılaşdıq ki, parlament sədrləri bu dialoqun forması ilə bağlı qərar verəcəklər və biz onların ilk görüşünü gözləyəcəyik”, – Nikoloz Samxaradze bəyan etdi.

Oxşar