Nikoloz Samxaradze - ATƏT-in Parlament Assambleyasının hesabatına Suriya hakimiyyətini Abxaziya və Sxinvali bölgəsinin "müstəqilliyinin" tanınmasını ləğv etməyə çağıran qeyd əlavə olunacaq
Nikoloz Samxaradze - ATƏT-in Parlament Assambleyasının hesabatına Suriya hakimiyyətini Abxaziya və Sxinvali bölgəsinin "müstəqilliyinin" tanınmasını ləğv etməyə çağıran qeyd əlavə olunacaq

 

Xarici Əlaqələr Komitəsinin sədri və Gürcüstanın ATƏT-in Parlament Assambleyasındakı Daimi Nümayəndəliyinin rəhbəri Nikoloz Samxaradzenin təşəbbüsü ilə ATƏT-in Parlament Assambleyasının illik hesabatına Suriyanın yeni hakimiyyətini həm Gürcüstanın işğal olunmuş bölgələri – Abxaziya və Sxinvali bölgəsi, həm də Ukraynanın əraziləri – Donetsk və Luqanskın dırnaqarası müstəqilliyinin tanınmasını ləğv etməyə çağıran qeyd əlavə olunacaq.

Qeydə əsasən, ATƏT-in Parlament Assambleyası Suriyanın yeni hakimiyyətini Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü tanımağa çağırır.

“Düşünürəm ki, bir çoxunuzun məlumatı yoxdur ki, Suriyanın əvvəlki hökuməti Rusiya Federasiyasının tapşırığı ilə Gürcüstanın bölgələri — Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini”, həmçinin Ukraynanın bölgələri — Donetsk və Luqansk Xalq Respublikalarının “müstəqilliyini” tanıyıb. Buna görə də hesabata ATƏT-in Parlament Assambleyasının iki üzv dövləti – Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü pozan Suriya haqda qeyd daxil edilməsi olduqca vacibdir və Suriyanın yeni hökumətinə çağırış etməliyik, Abxaziya və Sxinvali bölgəsinin, həmçinin Donetsk və Luqanskın “müstəqilliyinin” tanınmasını ləğv etsin, Gürcüstan və Ukraynanın ərazi bütövlüyünə hörmət etsin və tanısın” — Nikoloz Samxaradze bildirib.