Nikoloz Samxaradze ATƏT Parlament Assambleyasının illik sessiyasında işğaldan yaranan təhlükələrdən danışıb
Xarici Əlaqələr Komitəsinin sədri, Gürcüstanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Nikoloz Samxaradze ATƏT Parlament Assambleyasının Buxarestdə keçirilən 31-ci illik sessiyasında iştirak edir.
Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatına görə, Nikoloz Samxaradze ATƏT Parlament Assambleyasının siyasi məsələlər və təhlükəsizlik komitəsində çıxış edib.
O, çıxışında Gürcüstanda mövcud təhlükəsizlik mühiti və çağırışlardan danışıb. Xarici Əlaqələr Komitəsinin sədri qeyd edib ki, ölkə ərazisinin 20%-i hələ də Rusiyanın işğalı altındadır və 300 minə qədər insan didərgin düşüb.
O, həmçinin vurğulayıb ki, ATƏT Parlament Assambleyasına üzv olan bəzi dövlətlər hələ də işğal terminindən istifadə etmirlər.
“Beynəlxalq Cenevrə müzakirələri formatında danışıqlar illərdir, o cümlədən ATƏT-in həmsədrliyi altında davam edir, lakin sülh prosesi hələ də nizamlana bilmir”. – Nikoloz Samxaradze çıxışı zamanı deyib.
Xarici Əlaqələr Komitəsinin sədri çıxışının sonunda beynəlxalq ictimaiyyəti bu məsələ ilə bağlı daha çox addım atmağa çağırıb.