Nikoloz Ğipşidze – Saakaşvilinin ümumi zəifliyi var, həmçinin çox qeyri-stabil vəziyyətdədir, demək istəyirəm ki, bu, posttravmatik sindrom və işgəncədən sonrakı vəziyyətlə xarakterizə olunur, yaxşı deyil

22:30, 05.12.2021

Şəxsi həkim Nikoloz Ğipşidzenin bəyan etdiyinə görə, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin ümumi zəifliyi qeydə alınır.

Saakaşvilinin ümumi zəifliyi var, həmçinin çox qeyri-stabil vəziyyətdədir, demək istəyirəm ki, bu, posttravmatik sindrom və işgəncədən sonrakı vəziyyətlə xarakterizə olunur, yaxşı deyil”, – Nikoloz Kipşidze bildirdi.

Bununıa yanaşı Ğipşidzenin açıqlamasına görə, yuxu dərmanlarının dozalarının artırılması planlaşdırılırdı, bu da daha da artıq zəifliyi əmələ gətirəcəkdi.

“Bu gün Hollandiyada onun şəxsi həkimi ilə danışdım və öyrəndim ki, o, cəmi iki dərman qəbul edir, bunlar xaricdə geniş istifadə olunan və Hollandiyalı həkim tərəfindən təyin olunmayan psixotrop dərmanlar deyil. Bu, Rustavi həbsxanasında təyin edilib, heç kim onun adını çəkmir. Yuxu drəmanı idi. Cümə və şənbə günləri birinci məhkəmənin qarşısında dayandırdıq. Cümə günü artıq qəbul etməyib. Dozaların 10 dəfə çox artırılması planlaşdırılırdı. Bu yüksək doza deyil, lakin orta səviyyədən yuxarıdır və daha çox zəifliyə səbəb olur.

Cümə axşamı və cümə günləri mən uzun müddət burada idim və sonra onun məhkəməyə necə çıxacağını müzakirə edirdik. Onun məhkəmə zamanı bir saatdan artıq danışa biləcəyini düşünmürdüm. 30 dəqiqə düşünürdük.Onu da düşünürdük ki, gəlməyi bacaracaqdımı, uzum keçiləsi yol imiş və dəhlizi keçə biləcəkdimi”, – Ğipşidze bəyan etdi.

Ğipşidzenin sözlərinə görə, yuxarıda qeyd olunan dərmanı qəbul etsəydi, Mixail Saakaşvili məhkəməyə gedə bilməzdi.

Nikoloz Ğipşidze qeyd edir ki, dövlət konsiliumunin nümayəndələri bu dərmanları təyin etməyiblər.

“Onlar bu dərmanları təyin etməyiblər. Qori Hərbi Hospitalında doza artırılıb və mən həqiqətən bilmirəm bunu kim yazıb, həkim yazmayıb, onu burada psixiatr yazıb”, – Nikoloz Ğipşidze bəyan etdi.

Rustavinin yaxın vaxtlarda cəzaçəkmə müəssisəsinə köçürülməsinin planlaşdırılması sualına gəlincə, – Ğipşidzenin dediyinə görə, heç bir həkim buna imza atmayacaq.

“Bu mümkün deyil, heç bir həkim buna imza atmayacaq. Mən Gürcüstandz və nə də dünyada belə bir həkimi tanımıram… balaca 3 metrlik otağı var və bu otaqda gəzir, çoxusunu oturur”, – Ğipşidze bəyan etdi.

 

Oxşar