Nikoloz Ğipşidze - Mixeil Saakaşvilinin vəziyyəti qənaətbəxş deyil, mədə-bağırsaq və neyrodefisit problemləri əlavə olundu, anemiyası var
Nikoloz Ğipşidze - Mixeil Saakaşvilinin vəziyyəti qənaətbəxş deyil, mədə-bağırsaq və neyrodefisit problemləri əlavə olundu, anemiyası var

Gürcüstanın keçmiş prezidenti, Mixeil Saakaşvilinin şəxsi həkimi, Nikoloz Ğipşidzenin bəyanatına görə, Saakaşvilinin vəziyyəti qənaətbəxş deyil. Bu barədə Ğipşidze Qori Hospitalından çıxdıqdan sonra jurnalistlərə bəyan etdi. Ğipşidze Saakaşvilini yoxladı.

Həkimin dediyinə görə, mədə-bağırsaq və neyrodefisit problemləri əlavə olundu və həmçinin elə onun dediyinə görə, Saakaşvilinin anemiyası var.

“Prezidentin vəziyyəti qənaətbəxş deyil. Ümumi zəflik davam edir. Həmçinin disbalans müşahidə olunur. Gəzmə problemi var. Buna daha bir neçə yeni problem artdı. İlk növbədə bu son iki gen əzrində inkişaf etmiş mədə-bağırsaq problemləridir. Nə etməli olduğumuzu müşahidə etməliyik. İkincisi, neyrodefisitdir. Bu, mənim fikrimcə, mümkün qədər tez düzəldilməlidir. Bunun niyə baş verdiyinə qərar vermək üçün multiprofil həkimlərlə görüşməliyik. Həmçinin buna qədər olmadığı anemiyası var. Ac olanda anemiya əlamətləri var idi, amma sonra düzəldi. İndi anemiya yenidən başlayıb”, – Ğipşidze qeyd etdi.

Elə onun dediyinə görə, Saakaşvilinin müalicəsi onun ehtiyaclarına adekvat deyil.

“Mənim fikrimcə, müalicəsi onun ehtiyaclarına adekvat deyil. Məsələn bu diaqnostika, preparatlardır. Dərmanların tənzimlənməsi lazımdır, çünki ola bilsin bir həftə əvvəl bir preparat qəbul etməli idi, sonra başqa preparat. Terapiyanın tənzimlənməsi, yeni medikamentlərin əlavə edilməsi lazımdır”, – Ğipşidze bəyan etdi.