Nikoloz Basilaşvili "Oeiras Challenger"in 1/4 finalına yüksəldi #1TVSPORT
Nikoloz Basilaşvili “Oeiras Challenger” turnirinin 1/4 finalındadır.
Yarışın 1/8 finalında gürcü tennisçi isveçrəli Mark Andrea Hiusleri üç setdə 4:6, 6:2, 6:2 hesabı ilə məğlub edib və 19 yaşlı belçikalı Aleksander Bloks ilə qarşılaşacağı növbəti mərhələyə keçib.
Xatırladaq ki, Melburnda ilin ilk “Grand Slam”ində Avstraliya Açıq çempionatında Nikoloz Basilaşvili üç təsnifat mərhələsini keçib və əsas mərhələyə yüksəlməyi bacarıb, lakin ilk dövrədə çexiyalı Menşikə 1:3 hesabı ilə məlub olub.
Hazırda Basilaşvili peşəkar kişi tennisçilərin dünya reytinqində 206-cı yerdədir. Onun ən yaxşı nəticəsi 16-cı mövqedir.