Nikolay Patruşev – Ukrayna və Moldova ola bilsin mövcudluğunu dayandırsın

20:23, 14.01.2025

 
Ukrayna və Moldova ola bilsin mövcudluğunu dayandırsın – bu haqda Rusiya Prezidentinin müşaviri Nikolay Patruşev bildirib.

Rusiyanın Təhlükəsizlik Şurasının daimi üzvü bildirir ki, “neonasist ideologiyasının zorakılıqla həyata keçirilməsi və tüğyan edən rusofobiya Ukraynanın Xarkov, Odessa, Nikolayev və Dnepropetrovsk da daxil olmaqla bir vaxtlar çiçəklənən şəhərlərini məhv edir”.

“Ola bilsin ki, gələn il Ukrayna tamamilə mövcudluğunu dayandırsın” – Nikolay Patruşev bildirib.

Bununla yanaşı, Rusiya Prezidentinin müşavirinin bəyanatına əsasən, Kişinyovun anti-Rusiya siyasəti Moldovanın başqa ölkənin bir hissəsinə çevrilməsinə və ya mövcudluğunu dayandırmasına səbəb olacaq.

Oxşar