Nikolay Patruşev – Polşa Rusiyaya qarşı hərbi əməliyyatlara başlasa, onların dövlətçiliyi 2-3 günə mövcudluğunu dayandıracaq

18:41, 15.09.2026

 

Polşa Rusiyaya qarşı hərbi əməliyyatlara başlasa, Polşanın dövlətçiliyi 2-3 günə mövcudluğunu dayandıracaq – bu barədə Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşev bəyan edib.

Patruşev Polşanın xarici işlər naziri Radoslav Sikorskinin NATO-ya üzv dövlətlərin, o cümlədən Polşanın silahlı münaqişə halında, Rusiya üzərində tez bir zamanda qələbə qazanacağını qeyd etdiyi bəyanatına münasibət bildirib.

“Varşavanın öz qüvvələrini qiymətləndirməsinə gəlincə, Polşa diplomatiyasının rəhbəri ölkəmizin hərbi qüdrətini aydın şəkildə qeyri-peşəkarcasına qiymətləndirir və xüsusi hərbi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələrinin öz tam potensialından heç bir halda istifadə etmədiyini anlamaq istəmir” – Patruşev bildirib.

Oxşar