Nikolas Maduronu Bruklin təcridxanasından Manhetten Məhkəməsinə aparırlar
Nikolas Maduronu Bruklin həbs təcridxanasından ABŞ-nin Deniel Patrik adına Manhetten Məhkəməsinə aparırlar.
Maduro və onun həyat yoldaşı Silia Flores bu gün ilk dəfə Manhettenin federal məhkəməsi qarşısına çıxmalıdırlar.
ABŞ Baş prokuroru Pam Bondun sözlərinə əsasən, Maduro narkoterrorizm, kokainin gətirilməsi üçün sui-qəsddə, pulemyot və destruktiv qurğular saxlamaq və ABŞ-a qarşı pulemyot və destruktiv qurğular saxlamaq üçün sui-qəsddə ittiham olunur.