Nikolas Maduro - Mən günahkar deyiləm, mən ləyaqətli insanam, mən hələ də ölkəmin prezidentiyəm
Nikolas Maduro - Mən günahkar deyiləm, mən ləyaqətli insanam, mən hələ də ölkəmin prezidentiyəm

 

ABŞ-da Deniel Patrik adına Manhetten Məhkəməsində Nikolas Maduro və həyat yoldaşı Silia Floresin məhkəmə prosesi başlayıb.

Nikolas Maduro özünü bütün ittihamlar üzrə günahsız hesab etdiyini bildirib.

O bildirib ki, Venesuela Prezidentidir və Karakasdakı evində onu yaxalayıblar.

“Mən günahkar deyiləm, mən ləyaqətli insanam, mən hələ də ölkəmin prezidentiyəm” – Maduro bildirib.

Madurodan sonra Silia Flores də özünü günahsız hesab etdiyini bildirib.

“Bəli, mən Silia Flores Maduroyam, mən Venesuelanın birinci xanımıyam” – Flores bildirib.

İclasın gedişatı zamanı Nikolas Maduronun vəkili bildirib ki, Maduronun səhhətində problemlər var və tibbi yardıma ehtiyacı var.

Silia Floresin vəkili də onun səhhəti ilə bağlı problemlər olduğunu qeyd edib.

Maduro və həyat yoldaşı təxminən 30 dəqiqədən sonra məhkəmə zalını tərk ediblər.

Nikolas Maduroya martın 17-də növbəti məhkəmə iclasında iştirak etmək tapşırılıb.

Məlumat üçün bildirək ki, Nikolas Maduro narkoterrorizm, kokainin gətirilməsi üçün sui-qəsddə, pulemyot və destruktiv qurğular saxlamaq və ABŞ-a qarşı pulemyot və destruktiv qurğular saxlamaq üçün sui-qəsddə ittiham olunur.