Nikolas Maduro - Hər kəs öz ölkəsinə baxsın, əgər Donald Trampla bir daha danışsam, deyəcəyəm ki, hər kəs öz daxili işlərinə baxsın
Hər kəs öz ölkəsinə baxsın və düzünü desəm, əgər Donald Trampla bir daha danışsam, deyəcəyəm ki, hər kəs öz daxili işlərinə baxsın – bu haqda Venesuela Prezidenti Nikolas Maduro bildirib.
Maduronun sözlərinə əsasən, Tramp iqtisadi və sosial məsələlər baxımından ölkəsində daha yaxşı hərəkət edə bilərdi.
“Ölkəsinin problemlərinə diqqət yetirsəydi, dünya ilə daha yaxşı münasibəti olardı, çünki onun çıxışlarının, bəyanatlarının və vaxtının 70 faizinin Venesuelaya həsr olunması mümkün deyil. Bəs Amerika Birləşmiş Ştatları? Amerika Birləşmiş Ştatlarının mənzilə, yaradılmalı iş yerlərinə ehtiyacı olan yoxsulları? Hər kəs öz ölkəsinə baxsın və səmimi desəm, əgər onunla bir daha danışsam, deyəcəyəm ki, hər kəs öz daxili işlərinə baxsın” – Nikolas Maduro bildirib.
Məlumat üçün bildirək ki, Tramp administrasiyası Nikolas Maduronu Venesuelanın qanunsuz lideri hesab edir. Amerika Birləşmiş Ştatları Venesuela sahilləri yaxınlığında sentyabr ayından bəri narkotik vasitələr daşıyan gəmilərə hücumlar həyata keçirir. Bununla yanaşı, Donald Tramp Venesuela Prezidentinin istefa verməsinin ağıllı hərəkət olacağını bildirib.