Nikol Paşinyanla Vladimir Putin arasında telefon danışığı baş tutub

15:11, 07.10.2026

Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, ölkə liderləri Ermənistan-Rusiya münasibətlərinin gündəliyində olan məsələləri müzakirə edib və fikir mübadiləsi aparıblar.

Bundan əlavə, Ermənistan mediası qeyd edir ki, Nikol Paşinyan Vladimir Putini doğum günü münasibətilə təbrik edib.

Rusiya Prezidenti Vladimir Putinin 74 yaşı tamam olub.

Oxşar