Nikol Paşinyanın Gürcüstana səfəri başa çatdı
Nikol Paşinyanın Gürcüstana səfəri başa çatdı

 

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Gürcüstana işgüzar səfəri başa çatdı.

Hökumət Administrasiyasının mətbuat xidmətinin məlumatına əsasən, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Nazirlər Kabinetinin üzvləri ilə birlikdə erməni həmkarını Tbilisi Beynəlxalq Hava Limanında yola salıb.

Səfər çərçivəsində Gürcüstan və Ermənistan Respublikasının baş nazirlərinin həmsədrliyi ilə iki ölkənin Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 15-ci iclası keçirilib.

Ermənistanın Baş naziri hökumət nümayəndə heyəti ilə birlikdə Gürcüstanda işgüzar səfərdə olub.