Nikol Paşinyan – Yerevan və Bakı arasında razılaşma müqavilənin imzalanması ehtimalı aşağıdır
Yerevan və Bakı arasında razılaşma müqavilənin imzalanması ehtimalı aşağıdır, – bu barədə Ermənistanın baş naziri, Nikol Paşinyan bəyan etdi.
Erməni mediasının məlumatına görə, Ermənistan hökumət başçısı mayın 14-də Brüsseldə Azərbaycan prezidenti, İlham Əliyevlə görüşdən imtina etmir.
“Mən, Brüsselə getsəm bəzi qüvvələrin soruşacağını zənn etdiyim aşağıdakı suala cavab vermək istəyirəm. Azərbaycanla sülh razılaşmasının imzalanmasının ehtimalı nə qədərdir? Təəssüflər olsun, bu mümkünlük çox azdır çünki, sülhün və dövlətlərarası münasibətlərin bərqərar olmasına dair ikitərəfli sazişin layihəsi hələ çox ilkin xarakter daşıyır və onun imzalanması barəsində söhbət erkəndir” – Paşinyan qeyd etdi.