Nikol Paşinyan və İlham Əliyev iyulun sonunda Dubayda görüşməyi planlaşdırırlar
Nikol Paşinyan və İlham Əliyev iyulun sonunda Dubayda görüşməyi planlaşdırırlar

 

Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev iyulun sonunda Dubayda görüşməyi planlaşdırırlar. Bu barədə “Middle East Eye” məlumat yayır.

Nəşrə əsasən, Birləşmiş Ərəb Əmirlikləri danışıqlara ev sahibliyi etməyi səbrsizliklə gözləyir, bu isə iki Qafqaz ölkəsi arasında münasibətlərin yaxşılaşdırılması səylərinin bir hissəsidir.

Məsələ ilə əlaqəli iki mənbə nəşrə bildirib ki, Dubayda planlaşdırılan görüş müsbət əlamətdir, bu isə göstərir ki, hər iki tərəf hazırda mövcud fikir ayrılığına baxmayaraq, danışıqlara yenidən hazırdır.

İki ölkənin lideri sonuncu dəfə mayda Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşüblər və burada kommunikasiya kanallarını açıq saxlamaq barədə razılığa gəliblər.

Ermənistan və Azərbaycanın martda sülh razılaşmasının layihəsi üzrə razılığa gəlməsinə baxmayaraq, Bakı hələ də razlaşmanın rəsmi imzalanmasından əvvəl bir neçə əlavə şərtin yerinə yetirilməsini tələb edir.

Azərbaycan Yerevandan konstitusiyaya dəyişiklik etməyi tələb edir. Bakı həmçinin ATƏT-in Minsk qrupunun buraxılmasını tələb edir. Nəşr yazır ki, Nikol Paşinyanı gələn il seçkilər gözləyir və ekspertlər bildiriblər ki, onun seçkilərdən əvvəl konstitusiya referendumu keçirməsi ehtimalı azdır.