Nikol Paşinyan Vaxtanq Kikabidzenin vəfatı ilə bağlı, İrakli Ğaribaşviliyə başsağlığı məktubunu göndərdi
Nikol Paşinyan Vaxtanq Kikabidzenin vəfatı ilə bağlı, İrakli Ğaribaşviliyə başsağlığı məktubunu göndərdi

Ermənistanın baş naziri, Nikol Paşinyan Gürcüstanın baş naziri, İrakli Ğaribaşviliyə Vaxtanq Kikabidzenin vəfatı ilə bağlı başsağlığı məktubunu göndərdi.

Məlumatı erməni mediası yayır.

“Zati-aliniz! Vaxtanq Kikabidzenin ölümünü dərin ağrı ilə eşittdim. V.Kikabidzenin ailəsinə, yaxınlarına və dost gürcü xalqına başsağlığı verirəm. Kikabidzenin qoyduğu irs mədəniyyət tarixində əbədi qalacaq və özünəməxsus şəkildə eləcə də erməni və gürcü xalqlarının dostluğunu simvollaşdırır”, – məktubda qeyd olunur.

Müğənni, kinoaktyor, rejissor, ssenarist, Gürcüstanın xalq artisti Vaxtanq (Buba) Kikabidze 84 yaşında vəfat etdi.