Nikol Paşinyan - "Üçbaşlı müharibə partiyası" bizi rus tərəfdaşlarımızla münaqişəyə girməyə məcbur etməyi qarşısına məqsəd qoyub, biz Rusiyanın əleyhinə hərəkət etməyəcəyik, lakin öz maraqlarımızın da əleyhinə getməyəcəyik
“Üçbaşlı müharibə partiyası” bizi rus tərəfdaşlarımızla münaqişəyə girməyə məcbur etməyi qarşısına məqsəd qoyub – bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Paşinyan “Ermənistan” blokunun lideri Robert Köçəryanı, “Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyanı və “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyanı Ermənistan və Rusiya arasında münasibətlərdə gərginlik yaratmaq cəhdlərində günahlandırdı.
“Üçbaşlı müharibə partiyası” qarşısına məqsəd qoyub – rus tərəfdaşlarımızla münaqişəyə girməyimiz. Mən rus tərəfdaşlarımıza dedim: biz sizinlə vuruşmayacağıq, mübahisə etməyəcəyik, debatlara və ya söz müharibəsinə qoşulmayacağıq, sakitcə və səbirlə öz mövqelərimizi müdafiə edəcəyik. Biz Rusiya Federasiyasının maraqlarına qarşı hərəkət etməyəcəyik, lakin öz maraqlarımızın da əleyhinə getməyəcəyik” – Nikol Paşinyan qeyd edib.
Ermənistanın Baş naziri bildirib ki, iyunun 7-də Ermənistanda parlament seçkilərindən sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər edəcək.
“Rusiya Prezidenti iyunun 1-də ad günümü təbrik etmək üçün mənə zəng vurdu, lakin işgüzar söhbətimiz də oldu və razılaşdıq ki, seçkilərdən sonra mən yenidən gedəcəyəm, görüşəcəyik və bütün cari məsələləri həll edəcəyik” – Paşinyan qeyd edib.